• cümə axşamı, 25 aprel, 22:10
  • Baku Bakı 21°C

Bu gün UEFA Millətlər Liqasının birinci turuna yeddi oyun ilə yekun vurulacaq

08.09.18 15:00 590
Bu gün UEFA Millətlər Liqasının birinci turuna yeddi oyun ilə yekun vurulacaq
Sentyabrın 8-də keçiriləcək yeddi oyunla UEFA Millətlər Liqasının birinci turuna yekun vurulacaq.
AZƏRTACxəbər verir ki, günün ilk oyunu "B” liqasının 3-cü qrupunda yer alan Şimali İrlandiya ilə Bosniya və Herseqovina yığmaları arasında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Günün ən çox maraqla gözlənilən oyunu Londondakı "Uembli” stadionunda keçiriləcək. "A” liqasının 4-ci qrupunda yer alan İngiltərə millisi İspaniya yığmasını qəbul edəcək. Bu liqanın 2-ci qrupunda yer alan İslandiya yığması isə İsveçrə millisinin qonağı olacaq.
"C” liqasının ikinci qrupunda Finlandiya millisi Macarıstan yığmasın, Estoniya seçməsi isə Yunanıstan komandasını qəbul edəcək.
"D” liqasının 2-ci qrupunun ilk turuna Belarus və San-Marino millilərinin oyunu ilə start veriləcək. Qrupun ikinci matçında Lüksemburq millisi doğma meydanda Moldova yığmasını qəbul edəcək.
Xatırladaq ki, "D” liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi ötən gün Bakı Olimpiya Stadionunda Kosovo yığması ilə görüşdə qolsuz heç-heçə edib.
banner

Oxşar Xəbərlər