AZE | RUS | ENG |

Bu gün “Tata Steel Masters-2019” şahmat turnirinin səkkizinci turunun oyunlarına start veriləcək

Bu gün “Tata Steel Masters-2019” şahmat turnirinin səkkizinci turunun oyunlarına start veriləcək
Bu gün ənənəvi "Tata Steel Masters-2019” şahmat turnirinin səkkizinci turunun oyunlarına start veriləcək.
 
AZƏRTAC xəbər verir ki, azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov Hindistan şahmatçısı Vişvanatan Anand, Teymur Rəcəbov hollandiyalı Yorden Van Forestlə mübarizə aparacaq.
 
Teymur Rəcəbov yeddinci turda Hindistan şahmatçısı Santoş Viditi məğlub edərək aktivinə 1 xal əlavə edib. O, bu nəticə ilə ilk beşlikdən sonrakı pillədə qərarlaşıb. Turnir cədvəlində ilk beşlikdə qərarlaşan Dinq Liren, Aniş Giri, Maqnus Karlsen və Vişvanatan Anandın hərəyə 4,5 xalı, şahmatçımızın isə 4 xalı var.
 
T.Rəcəbov "Chess-news.ru” saytına yeddinci turda qələbəsini şərh edərkən bildirib: "Bu qədər qaçırılmış imkanlardan sonra nə edəcəyimi bilmirdim. Əvvəl Kramnik, sonra Rapport ilə oyunlarda... Bu dəfə də qalib gəlməmək çox xoşagəlməz hal olardı”.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056