• çərşənbə, 24 Aprel, 11:10
  • Baku Bakı 13°C

Bu gün Sumqayıtın bir hissəsində işıq olmayacaq

25.03.19 12:19 591
Bu gün Sumqayıtın bir hissəsində işıq olmayacaq
Bu gün Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Kaspi-yə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Qurum rəsmisi bildirib ki, fasiləyə səbəb Sumqayıt Dəmiryol İdarəsinin tunel çəkilişi ilə bağlı işlərə başlamasıdır:
"Sumqayıt Dəmiryol İdarəsi tunel-keçid tikir. Bu səbəbdən də həmin ərazidən elektrik xətləri köçürülməlidir. Köçürülmə səbəbindən Sumqayıtın 8, 9, 10, 11, 17 və 18-ci mikrorayon ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq".
O əlavə edib ki, fasilə müxtəlif vaxtlarda ayrı-ayrı ərazilərdə 1 saata qədər davam edəcək: "Azərişıq" ASC yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir".
banner

Oxşar Xəbərlər