• cümə, 19 Aprel, 05:23
  • Baku Bakı 18°C

Bu gün Stokholmda ABŞ ilə Şimali Koreya arasında danışıqlar başlanacaq

05.10.19 15:15 512
Bu gün Stokholmda ABŞ ilə Şimali Koreya arasında danışıqlar başlanacaq
Bu gün Stokholmda ABŞ ilə Şimali Koreya arasında danışıqlar başlanacaq.
AZƏRTACİsveç KİV-lərinə istinadla xəbər verir ki, ABŞ və Şimali Koreya hökumətləri oktyabrın 5-də Stokholmda Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsinə dair danışıqlara başlamaq niyyətindədirlər.
Bu günlərdə ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqunu və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndələrini İsveç Xarici İşlər Nazirliyinin binası yanında görüblər. Şimali Koreya nümayəndə heyətinə bu ölkənin Vyetnamdakı keçmiş səfiri Kim Men Gil rəhbərlik edir. O, nüvəsizləşdirmə məsələsi üzrə danışıq aparanların rəhbəri təyin edilib.
Xatırladaq ki, ABŞ və Şimali Koreya liderləri, habelə iki ölkənin səlahiyyətli nümayəndələri arasında əvvəlki görüşlərdə Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində ciddi irəliləyiş əldə edilməyib. Bununla belə, müəyyən razılaşmalar əldə edilib və danışıqları davam etdirmək qərara alınıb.
banner

Oxşar Xəbərlər