• cümə axşamı, 25 aprel, 15:09
  • Baku Bakı 23°C

Bu gün “Shamkir Chess 2018” turnirinə yekun vurulacaq

28.04.18 10:15 729
Bu gün “Shamkir Chess 2018” turnirinə yekun vurulacaq
Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2018” turnirinə bu gün yekun vurulacaq. Apasport.az saytının məlumatın görə, IX tur eyni zamanda son tur olacaq.
Son turda iki azərbaycanlı qrossmeyster üz-üzə gələcək. Yığmamızın lideri Şəhriyar Məmmədyarov turnirin autsayderlərindən sayılan Rauf Məmmədovla qarşılaşacaq. Rauf ağ, Şəhriyar qara fiqurlarla oynayacaq.
Teymur Rəcəbov da qara fiqurlarla mübarizə aparacaq. Şahmatçımız sonuncu pillənin sahibi David Navara ilə görüşəcək. Lider Maqnus Karlsen son turda ən yaxın izləyicisi Dinq Lirenlə münasibətlərinə aydınlıq gətirəcək. Məhz bu görüşün nəticəsi turnirin qalibini müəyyənləşdirəcək.
banner

Oxşar Xəbərlər