• cümə axşamı, 18 aprel, 13:26
  • Baku Bakı 22°C

Bu gün rayonlarda buraxılış imtahanları keçirilir

12.06.13 08:00 1729
Bu gün rayonlarda buraxılış imtahanları keçirilir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün respublikanın 19 rayonunda 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Yevlax, Bərdə, Tərtər, Daşkəsən, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə 15:00-da başlayacaq. Orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 58 imtahan mərkəzi ayrılıb. İmtahan Yevlaxda 3, Bərdədə 5, Tərtərdə 2, Daşkəsəndə 1, Gəncədə 6, Göygöldə 2, Samuxda 2, Naftalanda 1, Goranboyda 3, Şəmkirdə 6, Gədəbəydə 3, Ağstafada 2, Qazaxda 3, Tovuzda 5, Göyçayda 3, Ucarda 2, Kürdəmirdə 4, Ağdaşda 3, Zərdabda isə 2 binada təşkil olunacaq.
İmtahanda 26301 nəfər IX sinif şagirdinin (Yevlaxda 1403, Bərdədə 2257, Tərtərdə 991, Daşkəsəndə 399, Gəncədə 2976, Göygöldə 1020, Samuxda 819, Naftalanda 82, Goranboyda 1627, Şəmkirdə 2898, Gədəbəydə 1202, Ağstafada 984, Qazaxda 1129, Tovuzda 2306, Göyçayda 1534, Ucarda 1022, Kürdəmirdə 1393, Ağdaşda 1544, Zərdabda isə 715) iştirakı nəzərdə tutulub. İmtahanın (9-cu sinif) idarə olunması üçün 2198 nəzarətçi-müəllim ayrılıb.
XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 58 imtahan mərkəzi ayrılıb. İmtahan Yevlaxda 3, Bərdədə 5, Tərtərdə 2, Daşkəsəndə 1, Gəncədə 6, Göygöldə 2, Samuxda 2, Naftalanda 1, Goranboyda 3, Şəmkirdə 6, Gədəbəydə 3, Ağstafada 2, Qazaxda 3, Tovuzda 5, Göyçayda 3, Ucarda 2, Kürdəmirdə 4, Ağdaşda 3, Zərdabda isə 2 binada təşkil olunacaq. İmtahanda 19910 nəfər XI sinif şagirdinin (Yevlaxda 1227, Bərdədə 1546, Tərtərdə 798, Daşkəsəndə 254, Gəncədə 2260, Göygöldə 803, Samuxda 559, Naftalanda 53, Goranboyda 1251, Şəmkirdə 2517, Gədəbəydə 821, Ağstafada 801, Qazaxda 950, Tovuzda 1648, Göyçayda 1107, Ucarda 727, Kürdəmirdə 1094, Ağdaşda 978, Zərdabda isə 516) iştirakı nəzərdə tutulub. İmtahanın (11-ci sinif) idarə edilməsi 1717 nəzarətçi-müəllim ayrılıb. Hər iki imtahana ümumilikdə 163 imtahan rəhbəri cəlb edilib.
Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək elan edilir.
banner

Oxşar Xəbərlər