• şənbə, 20 Aprel, 07:32
  • Baku Bakı 14°C

Bu gün “Qarabağ” komandası İngiltərənin “Arsenal” klubunu ilə qarşılaşacaq

04.10.18 11:00 630
Bu gün “Qarabağ” komandası İngiltərənin “Arsenal” klubunu ilə qarşılaşacaq
Oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları çərçivəsində "Qarabağ” komandası İngiltərənin "Arsenal" klubunu qəbul edəcək.
AZƏRTACxəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:55 başlayacaq. oyunu İtaliyadan hakimlər briqadası idarə edəcək. Matçın əsas hakimi Davide Massa olacaq. Filippo Meli və Alessandro Kostantso yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.
E qrupun digər oyunu Ukraynada oynanılacaq. "Vorskla" klubu Portuqaliyanın "Sportinq" komandasını qəbul edəcək.
İlk turda "Arsenal" "Vorskla"nı (4:2), "Sportinq" isə "Qarabağ"ı (2:0) məğlub etmişdi.
Qeyd edək ki, "Qarabağ” – "Arsenal”, "Vorskla” – "Sportinq” oyunlarından əlavə UEFA Avropa Liqasında ikinci tur çərçivəsində 22 oyun keçiriləcək.
banner

Oxşar Xəbərlər