• cümə axşamı, 28 mart, 21:27
  • Baku Bakı 13°C

Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində növbəti oyunlar keçiriləcək

23.09.17 15:00 1569
Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində növbəti oyunlar keçiriləcək
Sentyabrın 23-də Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etdikləri qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.
AZƏRTACxəbər verir ki, Azərbaycan yığmasının yer aldığı "A” qrupunda Polşa və Macarıstan komandaları qarşılaşacaqlar. İlk turda Polşa Almaniyanı 3:2 hesabı ilə məğlub edib. Azərbaycan voleybolçuları isə Macarıstana qalib gəliblər - 3:0.
"C” qrupunda ilk görüş Bolqarıstan və Ukrayna milliləri arasında olacaq. Günün sonuncu oyununda isə Türkiyə və Rusiya milliləri üz-üzə gələcəklər. Rusiya isə ilk turda Ukrayna ilə gərgin mübarizə şəraitində keçən oyundan qalib ayrılıb - 3:2.
Tbilisidə "B” qrupunda yer alan komandalar mübarizə aparacaqlar. Gürcüstan Xorvatiyanı, İtaliya isə Belarusu sınağa çəkəcək. İlk turda İtaliya komandası Gürcüstanı 3:0, Belarus yığması Xorvatiyanı 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.
Göygöl Olimpiya İdman Kompleksində "D” qrupunun ikinci turunun matçları oynanılacaq. Çexiya komandası Belçika, Serbiya isə Hollandiya ilə qarşılaşacaq. İlk turda Serbiya Çexiyadan 3:0, Hollandiya Belçikadan 3:1 hesabı ilə üstün olub.
Azərbaycan yığma komandası çempionatda ikinci görüşünü sentyabrın 24-də Polşa milli komandasına qarşı keçirəcək. Milli komandamızın oyunu saat 18:00-da başlayacaq.
Qaydalara əsasən, qruplarda birinci yeri tutan komandalar dörddəbir finala birbaşa vəsiqə qazanacaqlar. İkinci və üçüncü yerdə qərarlaşan komandalar isə pley-off mərhələsində mübarizə aparacaqlar. Çempionatın pley-off, dörddəbir, yarımfinal və final görüşləri Bakıda – Milli Gimnastika Arenasında keçiriləcək.
Oktyabrın 1-dək davam edəcək çempionatda 16 komanda dörd qrupda mübarizəyə qoşulub.
banner

Oxşar Xəbərlər