AZE | RUS | ENG |

Bu gün prezident seçkiləri ilə bağlı bir sıra prosedurlar başa çatır

Bu gün prezident seçkiləri ilə bağlı bir sıra prosedurlar başa çatır
Bu gün Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə bağlı bir sıra prosedurlar başa çatır.
 
Trend-in məlumatına görə, bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında deyilir.
 
Təqvim planına əsasən, səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasınа və sayınа dair tələblərin təsdiq edilməsi müddəti bu gün başa çatır. Tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 45 gün qalanadək, yəni 2018-ci il fevralın 25-dək təsdiq edilir.
 
Bu gün həmçinin səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi prosesi başa çatır. Səsvermə vəsiqəsi səsvermə gününə azı 45 gün qalanadək, yəni 2018-ci il fevralın 25-dək Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilir.
 
Bundan əlavə fevralın 25-də dairə seçki komissiyaları tərəfindən nömrələri və hüdudları göstərilən seçki məntəqələrinin siyahısının (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələrinin siyahısının (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), habelə, məntəqə seçki komissiyaları, səsvermə otaqlarının yerləri (ünvanları) və məntəqə seçki komissiyalarının telefon nömrələri haqqında məlumatların dərc edilməsi prosesi başa çatır.
 
Həmçinin, Təqvim Planına əsasən, fevralın 25-də Mərkəzi Seçki Komissiyası tərəfindən seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydasına, mətninə, formasına, ayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsi müddəti başa çatır.
 
Qeyd edək ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176