• çərşənbə axşamı, 23 aprel, 13:54
  • Baku Bakı 24°C

Bu gün paytaxtda hava yağmurlu, rayonlarda isə qar ehtimalı var

08.12.18 11:22 562
Bu gün paytaxtda hava yağmurlu, rayonlarda isə qar ehtimalı var
Şənbə günü üçün bəzi yerlərdə arabir yağış yağacağı, şimal küləyi əsəcəyi proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentindən Trend-ə verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 9-11 dərəcə isti təşkil edəcək. Hazırda Paytaxtın bəzi yerlərində yağış müşahidə edilir.
Azərbaycanın rayonlarında isə bu gün bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təşkil edəcək.
banner

Oxşar Xəbərlər