• cümə, 19 Aprel, 23:05
  • Baku Bakı 24°C

Bu gün Parisdə XİN başçılarının görüşü olacaq

16.01.19 13:37 374
Bu gün Parisdə XİN başçılarının görüşü olacaq
Bu günAzərbaycanın xarici işlər naziriElmar Məmmədyarovvə Ermənistanın xarici işlər naziri vəzifəsini icra edənZöhrab Mnatsakanyanarasında növbəti görüş keçiriləcək.
"Report"un məlumatınagörə, nazirlər Fransa paytaxtı Parisdə biraraya gələcəklər.
Danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsiAndjey Kasprşikdə iştirak edəcək.
Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
Xatırladaq ki, yanvarın 15-dəAzərbaycanın xarici işlər naziri Elmar MəmmədyarovATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
banner

Oxşar Xəbərlər