• cümə axşamı, 25 aprel, 05:16
  • Baku Bakı 19°C

Bu gün millimiz Belarusa qarşı oynayacaq

11.01.14 08:05 1114
Bu gün millimiz Belarusa qarşı oynayacaq
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə 1996-97-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisi bu gün son matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, 13-cü yer uğrunda mübarizədə komandamız Belarusla üz-üzə gələcək.
Qeyd edək ki, yığmamız Latviyanı məğlub edərək bu mərhələyə adlamışdı. Əsas vaxtı 1:1 bərabərliklə başa çatan qarşılaşmanı futbolçularımız penaltilərdə 3:0 - ümumi nəticədə 4:1 hesabı ilə qazanmışdı
Xatırladaq ki, millimiz qrup mərhələsinin ilk matçında Yunanıstanla sülh bağlasa da (1:1), sonradan Çexiya (0:2) və Yaponiyaya (1:4) məğlub olmuşdu.
11 yanvar
14:15. Belarus – Azərbaycan
banner

Oxşar Xəbərlər