• cümə axşamı, 25 aprel, 13:29
  • Baku Bakı 23°C

Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır

12.11.19 10:21 432
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
Milli Məclisin bu gün keçirilən iclasında 2020-ci il ilin dövlət büdcəsinin müzakirə olunacaq.
Trend-in məlumatına görə, iclasda, həmçinin "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, "İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında”, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları müzakirə olunacaq.
Müzakirələr 3 gün, 12, 13 və 14 noyabrda davam edəcək.
Qeyd edək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri isə 26 milyard 913,7 milyon manat proqnozlaşdırılır.
banner

Oxşar Xəbərlər