Bu gün metro gec bağlanacaq
Bu
gün "Qəbələ" futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsi
çərçivəsində "Bakcell Arena"da Fransanın "Sent-Etyen"
komandasını qəbul edəcək. Klub matçın saat 22:00-da başlayacağını və gec başa çatacağını
nəzərə alaraq, Bakı Metropoliteninə müraciət edib. Bu gün iş rejiminin saat
01:00-dək uzadılması xahiş edilib. Müraciət Bakı Metropoliteni tərəfindən
müsbət cavablandırılıb.