Bu gün London «dəmir ledi»ylə vidalaşacaq

Bu gün London «dəmir ledi»ylə vidalaşacaq

Təfsilat
17 Aprel 2013, 09:49 1007
Bu gün Londonun Müqəddəs Pavel Kilsəsində Böyük Britaniyanın keçmiş baş nazir Marqaret Tetçerin dəfn mərasimi keçiriləcək.

Dəfn mərasimində Britaniya kraliçası II Yelizaveta da daxil olmaqla 200-dən çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən təxminən 2000 nəfər qonaq iştirak edəcək.

Böyük Britaniya tarixində ikinci dəfədir ki, kraliça baş nazirin dəfn mərasimdə iştirak edir. İlk dəfə o, 1965-ci ildə Uinston Çörçillin dəfnində iştirak edib.

Mərasim və ABŞ-ın Boston şəhərində baş verən partlayışlarla əlaqədar London polisi gücləndirilmiş iş rejiminə keçib. Ümumilikdə dəfn mərasiminə və təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərə büdcədən 9 mln. dollar vəsait ayrılıb.

Qeyd edək ki, “Dəmir ledi” ləqəbi ilə tanınan Marqaret Tetçer aprelin 8-də 87 yaşında ürək xəstəliyindən vəfat edib. O, 1979-1990-cı illərdə hökumətə başçılıq edib və Britaniyanın ilk qadın baş naziri kimi tarixə düşüb.