• cümə, 29 Mart, 14:41
  • Baku Bakı 14°C

Bu gün keçiriləcək növbəti yarışların CƏDVƏLİ

23.07.19 10:37 16652
Bu gün keçiriləcək növbəti yarışların CƏDVƏLİ
Bu gün "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində növbəti yarışlar keçirilir.
Trend-in məlumatına görə, üçüncü yarış günündə festivalın proqramında yer alan 9 idman növü (atletika, üzgüçülük, idman gimnastikası, velosiped idmanı, güləş, həndbol, basketbol, voleybol) üzrə yarışlar baş tutacaq.
Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.
Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.
Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.
XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.
banner

Oxşar Xəbərlər