• cümə axşamı, 25 aprel, 16:13
  • Baku Bakı 23°C

Bu gün İspaniyada şahmat üzrə Qran-pri seriyasının yekun mərhələsi başlayır

16.11.17 10:40 1438
Bu gün İspaniyada şahmat üzrə Qran-pri seriyasının yekun mərhələsi başlayır
Bu gün İspaniyanın Palma-de-Malyorka şəhərində kişilər arasında şahmat üzrə Qran-pri seriyasının yekun mərhələsi start götürür.
"Report” xəbər verir ki, bu mərhələnin yekununda dünya şahmat tacına namizədlər turnirinin son iştirakçıları müəyyənləşəcək.
FIDE-nin Qran-pri seriyası 2018-ci ilin martında Berlində başa çatacaq çempion tsiklinin seçmə mərhələlərindən biridir. Berlində 8 namizədin iştirakı ilə keçiriləcək turnirdə şahmat tacının Norveçdən olan sahibi Maqnus Karlsenin rəqibi müəyyənləşəcək.
Dörd mərhələnin yekunu üzrə Qran-pridə ilk iki yer uğrunda dörd qrossmeyster – rusiyalı Aleksandr Qrişuk, azərbaycanlı Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov, həmçinin fransalı Maksim Vaşye-Laqrav idda edir.
banner

Oxşar Xəbərlər