• çərşənbə axşamı, 23 aprel, 22:37
  • Baku Bakı 20°C

Bu gün Heyvanların Beynəlxalq Müdafiəsi Günüdür

04.10.19 15:53 631
Bu gün Heyvanların Beynəlxalq Müdafiəsi Günüdür
4 oktyabr Heyvanların Beynəlxalq Müdafiəsi Günüdür.
AZƏRTACxəbər verir ki, həmin gün 1931-ci ildə İtaliyanın Florensiya şəhərində ekoloqların nəsli kəsilməkdə olan bəzi növlərin müzakirəsini apardıqları yığıncağından sonra təqvimə daxil edilib. Bundan sonra həmin təqvim dünyadakı heyvanların bütün növlərinə şamil olunub. Bundan əlavə, oktyabrın 4-ü heyvanların müqəddəs qoruyucusu hesab edilən İtaliyanın Assasiya əyaləti sakini Françeskonun vəfat etdiyi günə görə təyin olunub.
Bu gün dünyanın bir çox ölkəsində müxtəlif tədbir, aksiya, kampaniyalarla qeyd edilir.
Azərbaycan Respublikasının rəngarəng təbii şəraiti onun heyvanlar aləmini çox zəngin edib. Burada mindən çox ali heyvan növü yaşayır. Onların 618 növünü onurğalı heyvanlar, o cümlədən 97 növünü məməlilər təşkil edir. Ölkədə qeydə alınan heyvanların 58 növü sürünənlərdən, 11 növü suda-quruda yaşayanlardan, 357 növü quşlardan, qalanı onurğasız heyvanlardan ibarətdir. Həşəratların isə ölkədə 12 min növü yayılıb.
Bəzi heyvanlar çox məhdud (göl, çay, dağın bir hissəsi), digərləri isə geniş ərazilərdə yayılıb.
Azərbaycanda da heyvanların müdafiəsi sahəsində müxtəlif tədbirlər həyata keçirilir. Nəsli kəsilməkdə olan və ya tükənmək təhlükəsi ilə üzləşən fauna nümayəndələrinin adı "Qırmızı kitab”a daxil edilib, onlar qoruqlar, yasaqlıqlar, milli parklarda mühafizə olunur, sayları artırılır. Belə tədbirlərə nümunə olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və IDEA İctimai Birliyinin bəbirlərin, ceyranların qorunması sahəsində birgə təşəbbüslərini qeyd etmək olar.
Azərbaycanda "Qırmızı kitab”ın I nəşri 1989-cu ildə çap olunub. Kitaba nəsli kəsilmək təhlükəsi olan 42 məməli növü, 71 quş növü, 5 balıq növü, 16 amfibi və 14 reptili növü, 40 həşərat növü olmaqla ümumilikdə 188 heyvanın adı daxil edilib. "Qırmızı kitab”ın II nəşri 2013-cü ildə çapdan çıxıb. Bura 223 növ heyvanın adı daxil edilib. İki kitabın nəşri arasındakı 23 il ərzində əlavə olaraq 35 heyvan nəsli kəsilmək təhlükəsi altında qalıb.
banner

Oxşar Xəbərlər