• şənbə, 20 Aprel, 00:36
  • Baku Bakı 15°C

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək

16.09.17 10:20 1170
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək.
"Report” xəbər verir ki, həftənin matçları iki günü əhatə edəcək və hamısı Bakıda keçiriləcək.
Turun açılış oyunu "İnter”lə "Sumqayıt” arasında olacaq. Eyni – 6 xala malik kollektivlər hazırda turnir cədvəlində qonşudurlar. Bakılılar 4-cü, sumqayıtlılar isə 5-ci sıradadır. Lakin bu komandalar arasında baş tutan görüşlərin ümumi balansı meydan sahiblərinin xeyrinədir.
"İnter” əvvəlki 20 matçdan 12-də qalib gəldiyi halda, 2 dəfə uduzub. "Sumqayıt” 6 oyundur qələbə qazanmadığı halda, "ağ-göylər” son 9 qarşılaşmada meydanı qolsuz tərk etməyib.
Şənbə günü baş tutacaq digər oyun xüsusi önəm daşıyır. "Neftçi”nin yeni baş məşqçisi Tərlan Əhmədov "Zirə” ilə oyunda debüt edəcək. Hazırda turnir cədvəlində 9 xalla lider olan qəsəbə komandası "ağ-qaralar” üçün arzuolunmaz rəqibdir. 80 illik tarixə məxsus "Neftçi” heç vaxt "Zirə”ni məğlub edə bilməyib. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda əvvəlki 8 matçdan 6-da qalib gəlib.
Premyer Liqanın debütanı "Səbail” bazar gününün ilk matçında "Qəbələ”ni qonaq edəcək. "Dalğa Arena”da baş tutacaq görüş bu kollektivlərin ilk dueli kimi tarixə düşəcək. Hazırda 7 xalla 3-cü sırada olan qonaqlar görüşün aşkar favoritidirlər.
Turun son oyunu "Qarabağ”la "Kəpəz”ə arasında olacaq. Çərşənbə axşamı Çempionlar Liqasının qrup mərhələsinin I turunda İngiltərədə "Çelsi”yə 0:6 hesabı ilə uduzan Ağdam təmsilçisi 1 xalla sonuncu pillədə qərarlaşan gəncəlilərlə görüşdə həmin ağır məğlubiyyəti unutdurmağa çalışacaq.
Bu kollektivlərin son 3 oyunda "Qarabağ” qalib gəlib. "Kəpəz” 20 oyundur qələbə qazanmır. Gəncəlilər sonuncu dəfə 15 il öncə 3 xal əldə edib. Ümumilikdə götürsək, Ağdam təmsilçisi əvvəlki 45 görüşdən 22-də 3 xala sevinib, 14 qarşılaşmada yenilib.
Azərbaycan Premyer Liqası
V tur
16 sentyabr (şənbə)
16:30. "İnter” – "Sumqayıt”
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
"İnter Arena”
19:00. "Neftçi” – "Zirə”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
"Bakcell Arena”
17 sentyabr (bazar)
18:30. "Qarabağ” – "Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Elşad Abdullayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-ispektor: Şahin Cəfərov
Tofiq Bəhramov adına Respublika stadionu
21:00. "Səbail” – "Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Füzuli Nəcəfov
"Dalğa Arena”
banner

Oxşar Xəbərlər