• çərşənbə axşamı, 23 aprel, 17:42
  • Baku Bakı 24°C

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək

14.10.17 10:50 2471
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək.
"Report” xəbər verir ki, ikinci oyun günündə "Zirə” "Kəpəz”i, "Sumqayıt” "Qəbələ”ni qəbul edəcək.
Cari çempionatda məğlubiyyət üzü görməyən iki komandadan biri olan "Zirə” ilk dövrədə 3:0 hesabı ilə məğlub etdiyi "Kəpəz”lə növbəti duelin də favoritidir. Düzdür, gəncəlilər son turda səfərdə "Qəbələ”ni məğlub etməklə sürprizə imza atıblar. Lakin qəsəbə təmsilçisi indiyə qədər evdə bu rəqibə uduzmayıb və 4 matçdan 2-də qalib gəlib. Ümumiyyətlə, bu kollektivlərin son 5 qarşılaşmasında qol vuran komanda "quru” hesabla qələbə qazanıb. Əvvəlki 9 dueldə tərəflərdən hərəsi 3 dəfə 3 xal əldə edib.
Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə "Qəbələ”nin dueli də maraqla gözlənilir. Qonaqlar ilk dövrədə evdə rəqibi bir cavabsız qolla məğlub etsələr də, bu kollektivlərin son 9 qarşılaşmasında meydan sahibi olan komanda uduzmayıb. "Qəbələ” indiyədək baş tutan bütün oyunlarda qol sevinci yaşayıb. "Sumqayıt” "qırmızı-qaralar”a qarşı keçirdiyi 21 oyundan 2-də qalib gəlib, 14 dəfə məğlub olub.
Azərbaycan Premyer Liqası
VIII tur
14 oktyabr (şənbə)
16:00. "Zirə” – "Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Cəmil Quliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Zirə İdman Kompleksinin stadionu
18:00. "Sumqayıt” – "Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
"Kapital Bank Arena”
Xal durumu: "Qarabağ" - 19, "Zirə" - 15, "Qəbələ" - 13, "Sumqayıt" - 10, "İnter" - 8, "Səbail" - 6, "Neftçi", "Kəpəz" - 4.
banner

Oxşar Xəbərlər