• çərşənbə axşamı, 19 mart, 07:56
  • Baku Bakı 8°C

Bu gün “Eurovision 2013”ün finalı keçiriləcək

18.05.13 11:12 1598
Bu gün “Eurovision 2013”ün finalı keçiriləcək
Bu gün İsveçin Malmö şəhərində “Malmö Arena”da “Eurovision 2013” mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək.
APA-nın İsveçə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Azərbaycan təmsilçisi Fərd Məmmədov “Hold Me” adlı mahnı ilə 26 ölkə arasından səhnəyə 20-ci çıxacaq.
Ötən gün münsiflərin səsverməsi üçün əsas məşq keçirilib. Fərid Məmmədov uğurla məşqdə çıxış edib.
Qeyd edək ki, final mərhələsi Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.
Püşkatmanın nəticələrinə əsasən, finalda iştirak edəcək ölkələrin ardıcıllığı belədir:
1. Fransa
2. Litva
3. Moldova
4. Finlandiya
5. İspaniya
6. Belçika
7. Estoniya
8. Belarus
9. Malta
10. Rusiya
11. Almaniya
12. Ermənistan
13. Hollandiya
14. Rumıniya
15. Böyük Britaniya
16. İsveç
17. Macarıstan
18. Danimarka
19. İslandiya
20. Azərbaycan
21. Yunanıstan
22. Ukrayna
23. İtaliya
24. Norveç
25. Gürcüstan
26. İrlandiya
banner

Oxşar Xəbərlər