• cümə, 29 Mart, 19:11
  • Baku Bakı 14°C

Bu gün doktorantura və dissertanturaya qəbul olmaq istəyənlər xarici dil üzrə imtahanı verir

26.01.20 11:45 687
Bu gün doktorantura və dissertanturaya qəbul olmaq istəyənlər xarici dil üzrə imtahanı verir
Dövlət İmtahan Mərkəzi bu gün doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlər üçün xarici dil üzrə qəbul imtahanı keçirir.
Mərkəzdən Trend-ə bildirilib ki, 1382 namizəd ingilis dili üzrə, 61 namizəd fransız dili üzrə, 61 namizəd isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib.
Nazirlər Kabinetinin "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarına əsasən, xarici dil üzrə qüvvədə olan B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatını (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olan namizədlər xarici dil üzrə qəbul imtahanından azad olunurlar. 2020-ci il yanvarın 13-dən 15-dək olan müddət ərzində DİM-ə sertifikatını təqdim etmiş 35 namizəd xarici dil imtahanından azad olunub.

Namizədlərin xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə bloku (leksik-qrammatik tapşırıqlar), yazı bloku (esse yazısı) üzrə tapşırıqlar təqdim ediləcək. İlk üç blok üzrə onlara təqdim olunacaq 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı isə maksimum 10 balla qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Yuxarıda qeyd olunan hər bir blok üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə azı 25 bal toplamış namizədlər keçid balını toplamış hesab edilir və fəlsəfə imtahanına buraxılırlar. İmtahan suallarının cavablandırılmasına və essenin yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə (o cümlədən test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazılmasına 1 saat) vaxt ayrılır.
banner

Oxşar Xəbərlər