Bu gün Davos İqtisadi forumu başlayacaq
Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi forumu başlayır.
APA-nın məlumatına görə, 48-ci dəfə keçirilən ənənəvi Davos forumu bu dəfə "Parçalanmış dünyada birgə gələcəyin yaradılması" adı altında baş tutacaq. Azərbaycan prezidentiİlham Əliyevforuma qatılacaq. Prezidentİlham Əliyevin"Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxışı nəzərdə tutulub.