• cümə, 29 Mart, 14:15
  • Baku Bakı 14°C

Bu gün bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib

29.12.18 20:15 613
Bu gün bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı” günü keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər. Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil olunub.
Hərbi hissələrdə komandanlığın iştirakı ilə keçirilən "Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunub, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilib.
banner

Oxşar Xəbərlər