Bu gün Beynəlxalq Gözəllik Günüdür

Bu gün Beynəlxalq Gözəllik Günüdür

Təfsilat
09 Sentyabr 2019, 13:03 130
Hər il sentyabrın 9-u Beynəlxalq Gözəllik Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Estetika və Kosmetologiya Komitəsi Beynəlxalq Gözəllik Günü elan edilməsi təşəbbüsü ilə çıxış edib. 1995-ci ildən başlayaraq hər il sentyabrın 9-da dünyada insanlara estetik və mənəvi zövq verən nə varsa xüsusi diqqət obyektinə çevrilir. Məhz həmin gün bir sıra ölkələrdə və şəhərlərdə gözəllik müsabiqələri keçirilir.

Həmin müsabiqələrdə iştirak edən zərif cinsin nümayəndələrinin heç də hamısı klassik sayılan 90-60-90 parametrlərinə uyğun olmur. Münsiflər heyəti iştirakçıların zahiri görkəminin mütənasibliyi, bənzərsiz gözəlliyi ilə seçilən xanımlara üstünlük verir.