AZE | RUS | ENG |

Bu gün Beynəlxalq Evsiz Heyvanlar Günüdür

Bu gün Beynəlxalq Evsiz Heyvanlar Günüdür
Bu gün Beynəlxalq Evsiz Heyvanlar Günüdür. Həmin tarix Beynəlxalq Heyvan Hüquqları Cəmiyyəti (ISAR) tərəfindən onların populyasiyasının tənzimlənməsi problemini cəmiyyətə çatdırmaq üçün 1992-ci ildə təsis edilib.

AZƏRTAC "anydayguide.com” saytına istinadla xəbər verir ki, Beynəlxalq Evsiz Heyvanlar Günü hər il avqustun üçüncü şənbə günü qeyd edilir.

Ev heyvanların sayının artması bütün heyvan mühafizəsi təşkilatları üçün narahatlıq doğurur. Hər il dünyada milyonlarla it və pişik öldürülür. Lakin bu, məsələnin həlli deyil. ISAR bu gün vasitəsilə heyvanların arzuedilməz artımının qarşısının alınması üçün tədbirlər görülməsinin vacibliyini cəmiyyətin diqqətinə çatdırır.

Beynəlxalq Evsiz Heyvanlar Günü hazırda dünyanın 50-dən çox ölkəsində qeyd edilir. Həmin gün bir çox ölkələrdə heyvan müdafiəçiləri müxtəlif tədbirlər keçirirlər.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.927
GEL 1 1 Gürcüstan larisi 0.6404
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2148
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6979
KWD 1 1 Küveyt dinarı 5.6001
TRY 1 1 Türkiyə lirəsi 0.3195