• şənbə, 20 Aprel, 08:36
  • Baku Bakı 14°C

Bu gün Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçiriləcək

26.08.18 12:27 770
Bu gün Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçiriləcək
Bu gün Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə növbəti dəfə klassik avtomobillərin yürüş və sərgisi keçiriləcək.
"Report"un məlumata görə, tədbirdə 1980-ci ilədək istehsal olunan klassik avtomobillər iştirak edəcək. Yürüş saat 16:00-daHeydər ƏliyevMərkəzinin qarşısından start götürəcək və Bakının mərkəzi küçələri ilə davam edəcək.
Yürüşdən sonra Mərkəzin parkında konsert və əyləncə proqramı təşkil olunacaq.
Qeyd edək ki, ötən il keçirilən yürüşdə 150-dən çox klassik avtomobil iştirak edib.

banner

Oxşar Xəbərlər