• çərşənbə, 24 Aprel, 11:32
  • Baku Bakı 13°C

Bu gün Bakıda 544 küçə dezinfeksiya edildi

04.07.20 19:15 698
Bu gün Bakıda 544 küçə dezinfeksiya edildi
Bu gün iyul ayının 4-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 7-ci dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirilib.
Saat 18-00-a kimi davam edən tədbir zamanı şəhər mərkəzi və paytaxtın kənar rayonlarda ümumilikdə 544 küçə xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilmişdir.
Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcəkdir.
banner

Oxşar Xəbərlər