• şənbə, 20 Aprel, 03:47
  • Baku Bakı 15°C

Bu gün Azərbaycanın 4 cüdoçusu "Böyük Dəbilqə"də mübarizəyə qoşulacaq

29.10.16 14:46 1136
Bu gün Azərbaycanın 4 cüdoçusu "Böyük Dəbilqə"də mübarizəyə qoşulacaq
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində bu gün Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq.
"Report"un məlumatına görə, 73 kq və 81 kq çəkilərdə çıxış edən idmançılar yarışacaq.
73 kq-da mübarizə aparan idmançılar sırasında Azərbaycanı Avropa çempionu və olimpiya mükafatçısı Rüstəm Orucov, eləcə də Fəqan Quluzadə təmsil edəcək. R.Orucovun 1/8 finalda rəqibi olmadığından, o, mübarizəyə 1/4 final mərhələsindən start verəcək. F.Quluzadə isə yoluna davam etmək üçün pakistanlı Nadim Akramdan üstün olmalıdır. F.Quluzadə mərhələ keçəcəyi təqdirdə, yarımfinal uğrunda R.Orucovla görüşməlidir.
81 kq çəkidə yarışan Elvin Əhmədli mübarizəyə 1/16 finaldan başlayacaq. O, növbəti mərhələyə yüksəlmək üçün almaniyalı Benjamin Munnixlə qarşılaşacaq. Qalib cüdoçu 1/8 finalda rusiyalı İvan Vorobyova rəqib olacaq. Ruslan Fərruxzadə 1/8 finaldan başlayacaq və ilk görüşünü monteneqrolu Srcan Mrvalyeviçə qarşı keçirəcək.
Sabah isə 90 kq, 100 kq və 100 kq-dan yuxarı çəkilərdə görüşlər keçiriləcək.
Qeyd edək ki, turnirin ilk günündə 60 kq və 66 kq çəkilərdə Azərbaycanın 4 cüdoçusu mübarizə aparıb. Mehman Sadıqov 60 kq çəkidə turniri 5-ci pillədə başa vurub. Eyni çəkidəki çıxış edən Oruc Vəlizadə, 66 kq-da isə İlqar Müşkiyev və Vüqar Şirinli isə ilk görüşlərində uduzub.
banner

Oxşar Xəbərlər