• cümə, 19 Aprel, 08:34
  • Baku Bakı 13°C

Bu gün Azərbaycan yığması son oyununu keçirəcək

14.03.19 11:00 715
Bu gün Azərbaycan yığması son oyununu keçirəcək
Qazaxıstanın paytaxtıAstanadakı şahmat üzrəkomandalararası dünya çempionatında bu gün son turun görüşləri keçiriləcək.
"Report"un məlumatına görə, kişilərin yarışında mübarizə aparanAzərbaycan millisiIXturdaMisirkomandsı ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 10:00-da başlanacaq.
8 turdan sonra turnir cədvəlinə 14 xalla başçılıq edən Rusiya millisi vaxtından əvvəl dünya çempionluğunu təmin edib. 6 xalla 7-ci yerdə qərarlaşan Azərbaycan yığması ən yaxşı halda 1 pillə irəliləyə bilər. Bunun üçün 3 xalla son pillədə olan Misir komandasına qalib gəlmək və 8 xalla 6-cı mövqedə qərarlaşmış İranın 9 xalla 5-ci yerdə gedən ABŞ-a uduzmasını gözləmək lazımdır. Bu gün Rusiya - Hindistan, İngiltərə - İsveç, Qazaxıstan - Çin qarşılaşmaları da oynanılacaq. Hazırda Hindistan və İngiltərə hərəyə 11 xalla 2-3-cü yerləri bölüşürlər. Çin 10 xalla 4-cü, Qazaxıstan və İsveç isə hərəyə 4 xalla 8-9-cu yerlərdədir.
Qeyd edək ki, dünya çempionatına Azərbaycan millisinin heyətindəArkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac SəfərlivəNicat Abbasov, Misir yığmasında isə Bassam Amin, Əhməd Ədli, Adam Fevzi, Abdulrəhman Heşam, Məhəmməd Abdulnəbi sifariş olunub.
Daha əvvəlAzərbaycanın şahmat komandasıdünya çempionatında növbəti xalınıqazanıb.
banner

Oxşar Xəbərlər