AZE | RUS | ENG |


Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.

"Report”un məlumatına görə, III dövrənin son oyunları Bakı və Gəncədə keçiriləcək.

Əyalətdə 17 xalla 7-ci pillədə qərarlaşan "Kəpəz” son sıradakı AZAL-ı qəbul edəcək. Gəncə təmsilçisi cari çempionatda "təyyarəçilər”lə görüşlərdə qol buraxmasa da, evdə məğlub etməyi bacarmayıb. Lakin səfərdə Julien Ebahın dəqiq zərbəsi Şahin Diniyevin rəhbərlik etdiyi kollektivə 3 xal qazandırıb.

"Kəpəz” daha böyük tarixə malik olsa da, şəxsi görüşlərdə AZAL üstündür. Əvvəlki 18 çempionat oyununun 10-da paytaxt klubu, 4-də gəncəlilər qalib gəlib.

III dövrənin son matçı "Neftçi” ilə "Zirə” arasında baş tutacaq. Premyer Liqada 2-ci mövsümünü keçirən qəsəbə təmsilçisi ölkənin ən qocaman klubuna uduzmayan yeganə komandadır. Üstəlik, zirəlilər cari çempionatda hər iki qarşılaşmada rəqibini məğlub edib. İlk dövrədə Vüqar Mustafayevin qolu ilə qalib gələn qonaqlar, ikinci dövrədə Yovan Krneta və Adil Nağıyevin dəqiq zərbələri ilə 3 xal əldə ediblər.

Ümumilikdə 6 oyundan 4-də "Neftçi”ni üstələyən "Zirə” 26 xalla 4-cü sıradadır. "Ağ-qaralar” isə 20 xalla 6-cı yerdədirlr.

Azərbaycan Premyer Liqası
XXI tur
5 mart (bazar)
15:00 "Kəpəz” – AZAL
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Kərim Ağayev
Gəncə şəhər stadionu
İlk iki dövrə - 0:0, 1:0

18:00 "Neftçi” – "Zirə”
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Cavanşir Yusifov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Şaiq Həmidov
"Bakcell Arena”
İlk iki dövrə - 0:1, 0:2




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008