• cümə axşamı, 18 aprel, 21:35
  • Baku Bakı 21°C

Bu gün Azərbaycan millisi Şimali İrlandiya yığmasını qəbul edəcək

10.06.17 14:15 1214
Bu gün Azərbaycan millisi Şimali İrlandiya yığmasını qəbul edəcək
2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan və Şimali İrlandiya milli komandaları qarşılaşacaqlar.
AZƏRTACxəbər verir ki, oyunu ispaniyalı baş hakim Xavier Estrada idarə edəcək. Onahəmyerliləri Muguel Martinez və Teodoro Sobrino kömək edəcəklər. Dördüncü hakim funksiyasını Alexandri Hernandez yerinə yetirəcək.
Azərbaycan-Şimali İrlandiya oyunu saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.
Millimizin yer aldığı "C” qrupunda Almaniya 15 xalla vahid lideridir. Azərbaycan millisi 7 xalla dördüncü pillədə qərarlaşıb. Şimali İrlandiya 10 xalla ikinci Çexiya 8 xalla ucuncu, Norveç 3 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncudur.
banner

Oxşar Xəbərlər