• cümə, 19 Aprel, 13:39
  • Baku Bakı 25°C

Bu gün Azərbaycan-Malta oyunu keçiriləcək

14.10.18 11:39 847
Bu gün Azərbaycan-Malta oyunu keçiriləcək
Bu gün UEFA Millətlər Liqası çərçivəsində daha yeddi oyun keçiriləcək.AZƏRTACxəbər verir ki, D4 qrupunda yer alan Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Malta komandasını qonaq edəcək. Oyun saat 20:00-da başlayacaq. Xatırladaq ki, Qurban Qurbanovun yetirmələri üç turdan sonra 5 xalla qrupda ikinci yeri tuturlar. Kosovo 7 xalla birinci, Farer Adaları 3 xalla üçüncü, Malta isə 1 xalla sonuncu pillədədir. Turun maraq doğuran daha bir qarşılaşması B2 qrupunda oynanılacaq.
Moskvada Rusiya və Türkiyə milliləri üz-üzə gələcək. Bu qrupda iki turdan sonra Rusiyanın 4, Türkiyənin 3, İsveçin 1 xalı var. Bu gün, həmçinin A3 qrupunda Polşa-İtaliya, C1 qrupunda İsrail-Albaniya, C4 qrupunda Rumıniya-Serbiya və Litva-Monteneqro, D3 qrupunda isə Farer Adaları-Kosovo oyunları baş tutacaq.
banner

Oxşar Xəbərlər