• cümə, 29 Mart, 15:49
  • Baku Bakı 14°C

Bu gün "Azerbaijan International 2019" turnirinin final oyunları keçiriləcək

09.06.19 15:55 671
Bu gün "Azerbaijan International 2019" turnirinin final oyunları keçiriləcək
Bu gün "Azerbaijan International 2019" turnirinə yekun vurulacaq.
AZƏRTACxəbər verir ki, yarışın sonuncu - 4-cü günündə yarımfinal və final qarşılaşmaları keçiriləcək.
Turnirin final oyunları saat 16:00-dan İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq. Beş kateqoriya üzrə keçirilən "Azerbaijan International 2019" turnirinin ümumi mükafat fondu 25 min ABŞ dollarıdır.
"Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran yarışda 39 ölkədən 248 badmintonçu yarışır.

banner

Oxşar Xəbərlər