• cümə axşamı, 28 mart, 18:22
  • Baku Bakı 13°C

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq

19.07.18 10:00 515
Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq
Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.
Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində baş tutacaq qarşılaşmalarda üç Azərbaycan klubu da meydana çıxacaq.
Öncə Bakıdakı matç start götürəcək. "Keşlə” öz meydanında "Baltsan”ı qəbul edəcək. Bakılılar 1:4 hesablı səfər məğlubiyyətinin əvəzini çıxmağa çalışacaq.
"Qəbələ” Lüksemburqda "Proqres”lə görüşəcək. Əyalət təmsilçisi evdəki 0:2 hesablı yenilginin revanşı üçün mübarizə aparacaq.
"Neftçi” isə Macarıstanda "Uypeşt”in qonağı olacaq. Bakılılar 3:1 hesablı qələbədən sonra üstünlüyünü qorumalıdı.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunları
19 iyul
21:00. "Keşlə” (Azərbaycan) – "Baltsan” (Malta)
Bakı. "Dalğa Arena”
İlk oyun – 1:4
21:30. "Proqres” (Lüksemburq) – "Qəbələ” (Azərbaycan)
Differdanj. Şəhər Munisipal stadionu
İlk oyun – 2:0
23:00. "Uypeşt” (Macarıstan) – "Neftçi” (Azərbaycan)
Budapeşt.ŞuşaFerens stadionu
İlk oyun – 1:3
banner

Oxşar Xəbərlər