• cümə, 26 Aprel, 06:40
  • Baku Bakı 12°C

Bu gün Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası keçiriləcək

09.02.18 10:50 956
Bu gün Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası keçiriləcək
Bu gün BrüsseldəAvropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası keçiriləcək.
APA-nın xəbərinə görə, Azərbaycan xarici işlər naziriElmar MəmmədyarovvəAvropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsiFederika Mogerinin sədrliyi ilə keçiriləcək iclasda tərəflər "Şərq Tərəfdaşlığı" və "Avropa Qonşuluq Siyasəti" çərçivəsində mövcud münasibətlərin vəziyyətini,Avropa İttifaqı-Azərbaycan ikitərəfli sazişi üzrə aparılan danışıqlar, iqtisadi və ticarət əməkdaşlığı, Azərbaycanda iqtisadi islahatlar, demokratiya, qanunun aliliyi və insan hüquqları kimi siyasi məsələləri kimi məsələlər ətrafında müzakirələr aparacaqlar.
İclasın gündəliyində qeyd olunub ki, Əməkdaşlıq Şurasının üzvləri "Cənub Qaz Dəhlizi"nə dair məsələlərin müzakirəsi daxil olmaqla enerji əməkdaşlığını müzakirə edəcəklər.
İclasda mülki aviasiya razılaşmasına dair danışıqlar da nəzərdə tutulub.
Bundan başqa, E.Məmmədyarov və F.Mogerini Ermənistan-AzərbaycanDağlıq Qarabağmünaqişəsinə və bir sıra digər regional məsələlərə toxunacaqlar.
banner

Oxşar Xəbərlər