Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya səfər edəcək
Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləriDağlıq Qarabağmünaqişəsinin nizamlanması üzrə danışıqlar aparmaq üçün Azərbaycana gələcəklər.
"Report" xəbər verir ki, vasitəçilər bundan əvvəl Ermənistanda olublar.
Onlar, həmçinin iyunun 12-də Dağlıq Qarabağda Azərbaycanın işğal olunmuş ərazilərinə səfər ediblər.