• çərşənbə, 24 Aprel, 22:44
  • Baku Bakı 23°C

Bu gün AŞPA-nın qış sessiyası başlayır

22.01.18 10:50 570
Bu gün AŞPA-nın qış sessiyası başlayır
Bu gün Fransanın Strasburq şəhərindəAŞPA-nın (Avropa Şurası Parlament Assambleyası) qış sessiyası başlayır.
APA-nın xəbərinə görə, sessiya yanvarın 26-dək davam edəcək. Sessiyanın ilk günüAŞPA-nın prezident, vitse-prezidentləri və qurumun insan haqları üzrə komissarı seçiləcək.
"Konfliktlər və onların humanitar fəsadları” mövzusuna həsr edilmiş sessiya çərçivəsində Avropadakı münaqişələr, bu konfliktlərdən əziyyət çəkən insanların yaşadığı çətinliklər, Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesi, Avropada antisemitzmin artması, İslamofobiya və ksenofobiya ilə mübarizədəAvropa Şurasının və digər əlaqədar qurumların rolu məsələləri barədə fikir mübadiləsi aparılacaq.
AŞPA-nın qış sessiyası zamanı yanvarın 24-də Ermənistan prezidentiSerj Sarkisyanın çıxışı gözlənilir.
AzərbaycanınAŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Vüsal Hüseynov isə sessiyanın sonuncu günü - yanvarın 26-da "İşgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” mövzusunda məruzə ilə çıxış edəcək.
banner

Oxşar Xəbərlər