• cümə axşamı, 28 mart, 17:12
  • Baku Bakı 16°C

Bu gün Antalyada Beynəlxalq Media Təhsil Proqramı start götürəcək

04.12.17 11:00 2067
Bu gün Antalyada Beynəlxalq Media Təhsil Proqramı start götürəcək
Türkiyənin yayım təcrübəsini dünya ilə bölüşməyi hədəfləyən və 70 ölkədən 162 media nümayəndəsinin qatılacağı TRT V Beynəlxalq Media Təhsil Proqramı (UMEP) bu gün Antalyada start götürəcək.
AZƏRTACTürkiyə KİV-lərinə istinadla xəbər verir ki, televiziya və radio yayımı, xəbər proqramları və yeni media sahələri üzrə təlimlər, forumlar, söhbətlər və sənədli film nümayişlərinin keçiriləcəyi təhsil proqramında türk respublikalarından, Asiya, Avropa, Afrika, Latın Amerikası və Qafqaz ölkələrindən dövlət və özəl KİV əməkdaşları iştirak edəcəklər.
2009-ci ildə 27 ölkənin iştirakı ilə başlayan və 2017-ci ildə təmsilçi ölkələrin sayının 70-ə çatdığı proqramın builki mövzusu "Təsirli məzmun istehsalı”dır. Proqram çərçivəsində "Teleyayımın gələcəyi", "Fövqəladə dövrlərdə xəbərçilik”, "Radio hər yerdə” və "Yayımda böyük göstərici” mövzularında 4 forum keçiriləcək.
Rəqəmsal ekranlar, mobil proqramlar, yayımda yeni trendlər və yeni media texnologiyalarından söhbət açılacaq UMEP-də qavrayışın idarə edilməsi, media və islamofobiya, emoji mədəniyyəti və əyləncənin gələcəyi kimi aktual mövzular müzakirə olunacaq.
Beynəlxalq Media Təhsil Proqramı dekabrın 12-də saat 19:00-da "TRT Avaz” telekanalından canlı yayımlanacaq qala-gecə ilə sona çatacaq.
banner

Oxşar Xəbərlər