• şənbə, 20 Aprel, 08:36
  • Baku Bakı 14°C

Bu gün Antalya Diplomatiya Forumu öz işinə başlayır

18.06.21 13:30 288
Bu gün Antalya Diplomatiya Forumu öz işinə başlayır
Bu gün Antalya Diplomatiya Forumu (ADF) öz işinə başlayır.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezident Administrasiyasının dəstəyi və Xarici İşlər Nazirliyi (XİN) təşkilatçılığı ilə keçirilən Antalya Diplomatiya Forumunda ümumilikdə 2000 qonağın iştirakı gözlənilir.
12 dövlət və hökumət başçısı, nazirlər, nüfuzlu siyasətçilər, elm və iş adamları, media nümayəndələrinin qatıldığı Forumda qlobal və regional məsələlər, eləcə də böhran və münaqişələrin həlli yolları müzakirə ediləcək.
Türkiyə XİN-in İnformasiya şöbəsinin müdiri, ADF-in Təşkilat Komitəsinin rəhbəri Murat KaragözAPA-ya bildirib ki, Forum çərçivəsində konfrans, panel müzakirələr, sessiya və dəyirmi masalar keçiriləcək.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün virtual dünyada saxta xəbərlər mövzusuna həsr olunmuş paneldə çıxış edəcək.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sabah "Cənubi Qafqaz: regional sülh və stabillik üçün yeni fürsətlər” mövzusunda paneldə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva isə "Sülh araşdırmalarında qadınların rolu” mövzusundakı paneldə çıxış edəcəklər.

Antalya Diplomatiya Forumu iyunun 20-də başa çatacaq.
banner

Oxşar Xəbərlər