Bu gün 4 rayonda qaz olmayacaq

Bu gün 4 rayonda qaz olmayacaq

İqtisadiyyat
16 Sentyabr 2019, 11:45 123
Bu gün saat 10:00-dan Yevlax, Ağdam, Bərdə və Tərtər rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.
 
"Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, buna səbəb SOCAR-ın Qaz İxrac" İdarəsinin balansında olan "Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi və filtr-separatorun quraşdırılması işlərinin icra olunmasıdır.