• cümə, 26 Aprel, 14:24
  • Baku Bakı 23°C

Bu gün 27 dərəcə isti, buludlu hava olacaq

13.08.18 10:30 854
Bu gün 27 dərəcə isti, buludlu hava olacaq
Bu gün bəzi bölgələrdə arabir yağış yağacağı gözlənilir.
Paytaxtdakı havaya gəlincə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 24-27° isti təşkil edəcək.
Abşeron yarımadasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) mülayim şimal-qərb küləyi arabir güclənəcək, dəniz suyunun temperaturu 23-24° isti olacaq. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.
Şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmaq tövsiyə edilir.
banner

Oxşar Xəbərlər