• çərşənbə axşamı, 23 aprel, 12:59
  • Baku Bakı 24°C

Bu gün 10 milyona satdılar, sabah 11 milyona aldılar

21.06.19 10:47 679
Bu gün 10 milyona satdılar, sabah 11 milyona aldılar
İtaliya fut bolunda qeyri-adi transfer əməliyyatı reallaşıb.
Kaspi.az xəbər verir ki, əməliyyat "Torino” ilə SPAL klubları arasında baş tutub. Diqqət mərkəzində isə 23 yaşlı müdafiəçi Kevin Bonifatsi olub.
Futbolçu 2018/2019 mövsümündə icarə əsasında SPAL-da çıxış edib. Amma müqavilə ilə "Torino”ya məxsus olub.
İyunun 19-da SPAL 10 milyon avro ödəyərək futbolçunun müqavilə hüququnu alıb. İyunun 20-də isə "Torino” müqavilədə qeyd edilən "geri almaq hüququ”ndan yararlanaraq futbolçunu yenidən heyətə cəlb edib.
Turin klubu bunun üçün 11 milyon avro ödəyib.
banner

Oxşar Xəbərlər