• cümə, 19 Aprel, 06:56
  • Baku Bakı 13°C

Bu gecə yay vaxtına keçirik

29.03.14 09:18 1099
Bu gecə yay vaxtına keçirik
Bu gecə - martın 30-da Azərbaycanda yay vaxtına keçiləcək.
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli qərarına əsasən hər il mart ayının son bazar günü saat 04.00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə saat 05.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bildirir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 30 mart 2014-cü il tarixində saat 04.00-da Azərbaycan ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək.
banner

Oxşar Xəbərlər