• cümə axşamı, 28 mart, 22:08
  • Baku Bakı 13°C

Bu gecə Neftçilər prospekti bağlanacaq

08.04.14 15:15 2525
Bu gecə Neftçilər prospekti bağlanacaq
Aprelin 9-na keçən gecə Bakının mərkəzi prospektlərindən olan “Neftçilər” prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, “Azəryolservis” ASC əməkdaşları cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Səbail rayonu “Neftçilər” prospekti və “Azneft” dairəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən (2 zolaqda) məhdudlaşdırılacağı ilə bağlı xəbərdarlıq ediblər.
Qeyd edək ki, Bakıda yolların cizgilənməsi adətən gecə saatlarında həyata keçirilir.
banner

Oxşar Xəbərlər