• cümə axşamı, 25 aprel, 06:24
  • Baku Bakı 14°C

Bu gecə də faciəsiz ötüşmədi...

18.09.14 10:23 1099
Bu gecə də faciəsiz ötüşmədi...
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə sentyabrın 18-də, gecə saat 00:20 radələrində yolun 128-ci kilometrliyində, Şamaxının Mirikənd kəndi ərazisində qeydə alınıb. Bakı sakini, 1968-ci il təvəllüdlü Muradov Ədalət Qaçay oğlunun idarə etdiyi 99-GP-484 dövlət nömrə nişanlı “NAZ Lifan” markalı minik maşını sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü Ədalət Muradov müxtəlif bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Avtomobildəki sərnişin -Ucar sakini 1970-ci il təvəllüdlü Hüseynov Nemət Əlövsət oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə kömək üçün çağırılan FHN-nin Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-qəza xilasetmə qrupunun üzvləri müxtəlif kəsici alətlərdən istifadə edərək avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsləri çıxararaq aidiyyatı üzrə təhvil veriblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər