• çərşənbə axşamı, 16 aprel, 21:46
  • Baku Bakı 18°C

Bu gecə Bakıda iki avtomobil toqquşub

17.10.19 12:52 505
Bu gecə Bakıda iki avtomobil toqquşub
Ötən gecə Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə iki prospektin kəsişməsində qeydə alınıb. Ziya Bünyadov prospekti ilə hərəkətdə olan 90-CZ-686 dövlət nömrəli "Mercedes" markalı avtomobil gözlə nişanına diqqət etməməsi səbəbindən Azadlıq prospekti ilə hərəkət edən 90-PT-753 nömrəli "AzSamand"la toqquşub.
Hadisə nəticəsində Ziya Bünyadov prospektindən üzü şəhər istiqamətində qısamüddətli tıxac yaranıb. Qəza yerinə Dövlət Yol Polis əməkdaşları cəlb olunublar.
banner

Oxşar Xəbərlər