• cümə axşamı, 25 aprel, 13:33
  • Baku Bakı 23°C

Bu gecə Azərbaycana qış gəlib

22.12.14 10:27 918
Bu gecə Azərbaycana qış gəlib
Azərbaycan ərazisinə qış gəlib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, qış Azərbaycana dekabrın 22-si Bakı vaxtı ilə saat 03:03 dəqiqədə girib. Qışın daxil olmasına Qış Günəş duruşu deyilir. Dekabrın 22-də Qış Günəş duruşunda olarkən qış fəsli Azərbaycana daxil olub.
Qeyd edək ki, Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün boz ay adlanır. Dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir.
banner

Oxşar Xəbərlər