• cümə axşamı, 28 mart, 21:22
  • Baku Bakı 13°C

Bu gecə 1-5 dərəcə şaxta olacaq

06.02.14 11:06 1312
Bu gecə 1-5 dərəcə şaxta olacaq
Lakin gecə saatlarında yarımadanın bəzi ərazilərində zəif qar yağacağı istisna olunmur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, gündüz cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.
Fevralın 7-də Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gecə bəzi şərq rayonlarında, əsasən də Lənkəran-Astara bölgəsində az qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında temperaturun tədricən yüksəlməsi, biometeoroloji amillərin normal sutkalıq gedişi, eyni zamanda oksigenlə zəngin hava meteohəssas insanlar üçün əlverişlidir.
banner

Oxşar Xəbərlər