AZE | RUS | ENG |

"Bu, Ermənistanın özünü ifşasından başqa bir şey deyil"

"Lüksemburqda keçirilən "Düdelanj"-"Qarabağ" oyunu zamanı ermənilərin qondarma "DQR”-in bayrağını dron vasitəsilə qaldırması əslində Azərbaycan üçün problem yox, Ermənistanın dünya miqyasında daha bir özünüifşa əməlidir. Çünki Avropanın bütün strukturları - Avropa Şurası, ATƏT, Avropa Birliyi, NATO və bir sıra təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları halda, "DQR" adlı qondarma, separatçı qurumu heç kim tanımır. Belə bir vəziyyətdə qondarma qurumun bayrağının qaldırılması Ermənistanın özünün dünya miqyasında ifşasından başqa bir şey deyil”. Bunu SİA-ya açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktor qeyd edib ki, eyni zamanda görünür ermənilər bu yaxınlarda Los Ancelesdə Ermənistanın baş naziri Nikol Paşinyanın özünün iştirakı ilə məruz qaldıqları ifşa əməliyyatının bir növ cavabını vermək istədilər: "Bilirsiniz ki, Los Ancelesdə erməni diasporu və Paşinyanın rəhbərliyi altında çoxdan gözlənilən amma əslində heç bir effekt verməyən mitinq keçirdikləri vaxt, Los Anceles səmasında Azərbaycanın bayrağı fonunda Qarabağın Azərbaycana məxsus olması ilə bağlı dronların, təyyarələrin böyük uçuş mərasimi olmuşdu. Bu Amerikada ictimaiətin nəzərində bir daha Azərbaycanın ərazi bütövlüyünün təsdiqlənməsi və Qarabağın həqiqətdə kimə məxsusluğunun dünyaya bəyan edilməsi idi. Görünür ermənilər bu zərbədən o qədər sarsılıblar ki, onun vurduğu zərbəni az da olsa kompensasiya etmək və Azərbaycandan bir növ qisas almaq üçün Lüksemburqda belə bir uğursuz yola əl atıblar. Ancaq təkrar edirəm ki, bu Ermənistanın özünü ifşasından və özlərini dünyada rüsvay etməsindən başqa bir şey deyil. Hadisədən sonra baş verən bir sıra faktlar da sübut edir ki, ermənilər bu təxribatla əslində heç nəyə nail ola bilmədilər".


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289